[b] “İnter” Boluda “Zirə”yə uduzdu - YENİLƏNİB[/b]
13.06.2017 - 22:30
[b] “İnter” Boluda “Zirə”yə uduzdu  - YENİLƏNİB[/b]

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" və "Zirə" klubları bu gün Boludakı hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçiriblər. Apasport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabıyla "Zirə"nin xeyrinə başa çatıb.

 

Baş məşqçi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Adil Nağıyev, Jozef Boum, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Rəşad Sadiqov, Orxan Əliyev və Riçard Qadzeyə yer verib. 

 

  Qarşılaşmanın ikinci hissəsində isə Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Murad Səttarlı və Elçin Əliyev meydana çıxdı. Yalnız tam hazır olmayan David Manqa və millinin heyətində olduğu üçün komandaya bu gün qoşulan Anar Nəzirov oyunda iştirak etməyib.

 

“İnter” isə oyuna Səlahət Ağayev, Adrian Skarlatake, Denis Silva, İlkin Qırtımov, Slavik Alxasov, Fuad Bayramov, Elnur Abdullayev, Nizami Hacıyev, Samir Zərgərov, Pərdis Fərcad-Azad və Rauf Əliyevdən ibarət heyətlə çıxıb. 

 

Matçın taleyi əsas heyətlərin üz-üzə gəldiyi ilk yarıda həll olunub. Əvvəlcə Milan Duriç fərqlənib. Bu qolda topu rəqib qapıçıdan alan Orxan Əliyevin əməyi böyük olub. Ardından isə Rəşad Sadiqovun başladığı hücumu Nicat Qurbanov davam etdirib. Onun qapı qarşısına ötürməsindən sonra isə Orxan Əliyev başla baxımlı qola imza atıb. 

 

Beləcə, “Zirə” Boludakı ilk yoxlama oyunundan qalib ayrılıb. “İnter” isə bir neçə gün öncə Kamerun klubu ilə də qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi. “Qartallar” iyunun 17-də keçiriləcək ikinci yoxlama oyununda məhz “İnter”in tək qolla yendiyi Kamerunun “Columbe Sportive” klubu ilə üz-üzə gələcək. "İnter" də Boluda daha bir oyun keçirməyi planlaşdırır.