[b]Avroliqa tarixində ilk dəfə: “Fənərbaxça” – “Lokomotiv” matçının vaxtı dəyişdi[/b]
14.12.2015 - 17:46
[b]Avroliqa tarixində ilk dəfə: “Fənərbaxça” – “Lokomotiv” matçının vaxtı dəyişdi[/b]

Avropa Liqası tarixində ilk dəfə “pley-off” oyunu çərşənbə axşamı keçiriləcək. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Fənərbaxça” – “Lokomotiv” matçının tarixi fərqli günə keçirilib.

 

Buna səbəb 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində həm “Fənərbaxça”nın, həm də “Qalatasaray”ın evdə çıxış etməsidi. Hər iki komandanın İstanbulda məskunlaşdığını nəzərə alan UEFA “sarı-lacivərdlilər”in “Lokomotiv”lə qarşılaşmasını fevralın 18-dən 16-na keçirib.

 

Qeyd edək ki, “Qalatasaray” fevralın 18-də “Latsio”nu qəbul edəcək.