Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, simvolik komandada "Ayaks" futbolçuları çoxluq təşkil edir.
Belə ki, Hollandiya təmsilçisinin 3 üzvü ən yaxşılar arasına düşüb. Bundan başqa, "Anderlext", "Lion" və "Selta" 2 futbolçu ilə rəmzi komandada təmsil olunub. "Şalke" və "Beşiktaş"ın da 1 oyunçusunun çıxışı UEFA-nın diqqətindən yayınmayıb.
Qapıçı: Ralf Farmann ("Şalke")
Müdafiəçilər: Marselo ("Beşiktaş"), Serinye Mbodji ("Anderlext"), Ceremi Morel ("Lion")
Yarımmüdafiəçilər: Donni van de Bek, Amin Yunes (hər ikisi "Ayaks"), Leander Dendonker ("Anderlext"), Sorentin Tolisso ("Lion")
Hücumçular: İaqo Aspas, Con Quydetti (hər ikisi "Selta"), Devi Klaassen ("Ayaks")
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk matçlarında "Ayaks" "Şalke"ni (2:0), "Selta" "Genk"i (3:2), "Lion" "Beşiktaş"ı (2:1) evdə məğlub edibsə, "Mançester Yunayted" səfərdə "Anderlext"lə qollu bərabərə (1:1) qalıb.