[b]Avropa çempionatı heç-heçələrlə başladı[/b]
31.01.2018 - 10:10
Futzal üzrə AÇ-2018-ə start verilib. Apasport.az saytının məlumatına görə, Sloveniyada baş tutan final mərhələsinin ilk günündə 2 qarşılaşma oynanılıb.
Açılış görüşündə A qrupunda yer alan meydan sahibləri Serbiya ilə üz-üzə gəlib. Oyun qollu bərabərliklə (2:2) nəticələnib.
B qrupu çərçivəsində keçirilən Rusiya – Polşa matçında da qalib müəyyənləşməyib – 1:1.
Bu gün C və D qruplarının hərəsində 1 oyun baş tutacaq. Portuqaliya Rumıniyanı, İspaniya isə Fransanı sınağa çəkəcək.
Qeyd edək ki, D qrupunda yer alan Azərbaycan yığması ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0