[b]Avropa çempionu rəsmən “Bavariya”da![/b]
03.01.2015 - 00:05
[b]Avropa çempionu rəsmən “Bavariya”da![/b]

“Bavariya” yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi "Ştutqart"ın futbolçusu Coşua Kimmiç ilə 2020-ci ilin yayına qədər anlaşıb.

 

Tərəflər arasında rəsmi müqavilə imzalanıb. 19 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyul  ayından etibarən "Bavariya"ya qoşulacaq.

 

Qeyd edək ki, hazırda "Leypsiq"də icarə əsasında forma geyinən Kimmiç 2014-cü ilin iyulunda Almaniya U-19 millisinin heyətində Avropa çempionu olub.