[b]Avropa nəhəngləri skautlarını Bakıya göndərir[/b]
20.04.2016 - 16:28
[b]Avropa nəhəngləri skautlarını Bakıya göndərir[/b]

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə Avropanın tanınmış klubları tərəfindən böyük maraq göstərilir. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarışı bir neçə adlı-sanlı klubun skautu izləyəcək.

 

Belə ki, İngiltərənin “Mançester Siti” və “Arsenal”, İspaniyanın “Sevilya”, Portuqaliyanın “Portu” klubunun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəklə.

 

Onlar bu barədə AFFA-ya müraciət ünvanlayıblar.

0