[b]Avropa Superkuboku Tallinndə[/b]
15.09.2016 - 15:17
2018-ci ildə keçiriləcək Avropa Superkubokunun yeri müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA qitənin həlledici qarşılaşmasını Estoniyaya həvalə edib.
Belə ki, həmin il baş tutacaq Çempionlar Liqasının finalını Kiyevə tapşıran qurum Superkubok matçının Estoniya paytaxtında oynanılmasını qərara alıb. Görüş adıçəkilən ölkənin paytaxtı Tallinndə, “A Le Kok Arena”da keçiriləcək.
Stadionun tutumu 15 min nəfərdi. Bu, Superkuboka ev sahibliyi edəcək ən az tutumlu arena kimi tarixə düşəcək.
0
0