[b]AZAL-ın “qara siyahı"sı: 8 futbolçu birdən qovuldu[/b]
26.12.2014 - 17:33
[b]AZAL-ın “qara siyahı"sı: 8 futbolçu birdən qovuldu[/b]

Qış fasiləsi yaranandan səssiz görünən AZAL sükutu pozub. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” hazırda Türkiyədə olan baş məşqçi Tərlan Əhmədovun “qara siyahı”sındakı futbolçulara “yaxşı yol” deyib.

 

Paytaxt təmsilçisi birdən-birə 8 oyunçu ilə yollarını ayırıb. Bunlar müdafiəçilər Adil Nağıyev, Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, yarımmüdafiəçilər Tomi Kostadinov, Luis Ramos, Orxan Səfiyaroğlu və hücumçu Con Kordobadı. Adıçəkilən futbolçular artıq rəsmən AZAL-ın üzvü deyillər.

 

Komandanı tərk edənlər çox güman ki, bununla kifayətlənməyəcək. Tərlan Əhmədov vətənə döndükdən sonra “qara siyahı”dakı digər futbolçuların adlarını da açıqlayacaq.

 

Qeyd edək ki, PRO kateqoriyasına görə, “Beşiktaş”ın düşərgəsində olan Tərlan Əhmədov Azərbaycana dekabrın 29-da qayıdacaq.