“AZAL-ın məni istəməsindən xəbərim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında Moldovanın “Milsami” klubunun braziliyalı hücumçusu Gilyerme de Paula Lukrecio deyib.
AZAL-ın yay “transfer pəncərəsi” zamanı heyətinə qatmaq istədiyi futbolçu Azərbaycan çempionatında oynaya biləcəyini bildirib: “Azərbaycan çempionatı haqqında bilirəm. Çünki dostlarım Joao Pualo “İnter”də, Duqlas Leyte isə “Xəzər Lənkəran”da oynayıb. Ölkəniz haqqında məlumatım var. Mənə təklif gəlsə, sevinərəm. Menecerim var və bu işlərlə məşğuldur. Təklif olubsa, onun xəbəri var. Yəqin ki, yaxın günlərdə gələn mövsümü harada keçirəcəyimi biləcəm”.