[b]AZAL-ın qapıçısı komandadan ayrılıb, Krasnodara gedir[/b]
11.12.2014 - 14:28
[b]AZAL-ın qapıçısı komandadan ayrılıb, Krasnodara gedir[/b]

“Azərbaycanla Moldova futbolu arasında ciddi fərq var. Mən sözün düzünü deməkdən qorxmuram. Moldova futbolunun burdan geri qaldığını deməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın qapıçısı moldovalı Stanislav Namaşko deyib.

 

Moldova mətbuatına danışan 28 yaşlı qolkiper maliyyə məsələsinə və oyun üslubuna xüsusi toxunub: “Azərbaycanda komandalar açıq futbol oynamağı xoşlayırlar. O ki qaldı, maliyyə məsələsinə, əlbəttə ki, bu baxımdan Moldova çempionatı çox geri qalır. Burda bütün komandaların maddi durumu normaldı. Qapıçılara gəldikdə, Azərbaycan çempionatında hətta sonuncu pillələrdə gedən komandaların qolkiperləri də güclüdü”.

 

Namaşko həmçinin qış fasiləsində Moldovaya getməyəcəyini də bildirib: “Burda qış fasiləsinə hələ 3 tur qalır. Dekabrın 21-də son oyuna çıxacağıq və ardından fasilə yaranacaq. Amma yanvarın sonu III dövrə start götürəcəyi üçün qısamüddətli istirahət olacaq. Bu müddətdə Krasnodara, ailəmin yanına yollanacam”.

 

Qeyd edək ki, Stanislav Namaşko AZAL-a cari mövsümün əvvəlində keçib.