[b]AZAL “Sumqayıt”dan intiqam aldı[/b]
13.01.2016 - 21:57
[b]AZAL “Sumqayıt”dan intiqam aldı[/b]

Premyer Liqanın ikinci dövrəsinə hazırlaşan klublar məşqlərlə yanaşı, yoxlama oyunlarına da çıxırlar. Apasport.az saytının məlumatına görə, "Sumqayıt" və AZAL komandaları da bu gün yoxlama matçında üz-üzə gəlib.

 

Bir neçə gün öncə baş tutan oyunda darmadağın olan (0:4) “təyyarəçilər” bu matçda 2:1 hesablı qələbə qazanıblar.

 

AZAL-ın heyətində Tərlan Xəlilov və Ruslan Nəsirli fərqlənib, "Sumqayıt"ın yeganə qolunu isə Pərdis Fərcad Azad vurub.