[b]AZAL axtardığını tapdı[/b]
02.06.2014 - 08:45
[b]AZAL axtardığını tapdı[/b]

Növbəti mövsümün hazırlıqları üçün futbolçu axtarışına çıxan AZAL baxışa yeni futbolçu dəvət edəcək. Bu barədə apasport.az saytına “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

 

Belə ki, paytaxt klubu “Zestafoni”də oynayan nigeriyalı yarımmüdafiəçi Nnamaeka Acurunu baxışa çağıracaq. Bir neçə gün öncə Gürcüstanda nigeriyalı futbolçunun oyununu izləyən Tərlan Əhmədov onun AZAL-ın təlim-məşq toplanışından iştirak etməsini və baxışdan keçməsini istəyib. Acuru hazırlıqlarda da özünü yaxşı tərəfdən göstərəcəyi halda gələn mövsüm Bakı klubunun heyətində top qovacaq.