[b]AZAL baş məşqçisiz qaldı[/b]
25.02.2015 - 12:56
[b]AZAL baş məşqçisiz qaldı[/b]

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycanı tərk edib. Klubdan apasport.az saytına verilən məlumata görə, təcrübəli mütəxəssis PRO kateqoriyasının tələblərinə görə, bu gün səhər saatlarında Portuqaliyaya yola düşüb.

 

İlk mərhələdə “Beşiktaş”ın bazası, infrastrukturu ilə tanış olan Əhmədov ikinci mərhələdə böyük futbol ölkələrinin birində elita klubunun hazırlığında iştirak etməlidi. “Təyyarəçilər”in çalışdırıcısı da Portuqaliya Premyer Liqa təmsilçisi “Pakoş Ferreyra”nın düşərgəsində olacaq.

 

Komandanın məşq prosesi, hazırlıq proqramı ilə tanış olacaq Əhmədov “Pakoş Ferreyra”nın XXIII tur çərçivəsində martın 2-də “Belenenseş”lə səfər qarşılaşmasını izləməyi planlaşdırır. 43 yaşlı mütəxəssis 6 gün Pireney yarımadasında qalacaq və martın 3-də Bakıya qayıdacaq. Bunun ertəsi gün isə o, AZAL-ı ölkə kubokunda “Neftçi” ilə matça çıxaracaq.

 

Qeyd edək ki, Tərlan Əhmədov PRO kateqoriyalı kursun son mərhələsi kimi, cari mövsümün sonlarında imtahan verəcək.