[b]AZAL milli ilə qarşılaşacaq[/b]
10.11.2016 - 15:08
[b]AZAL milli ilə qarşılaşacaq[/b]

Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən, “təyyarəçilər” noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan “Liman”ı sınağa çəkəcəklər.

 

Bu görüş “AZAL-Arena”da baş tutacaq.

 

Növbəti oyunda isə rəqib gənclərdən ibarət yığma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.