[b]AZAL "Qarabağ"ın "abunəçi"sinə çevrilir[/b]
12.02.2015 - 11:29
[b]AZAL "Qarabağ"ın "abunəçi"sinə çevrilir[/b]

Topaz Premyer Liqasının III dövrəsinin 1/3 hissəsi arxada qalıb. Bu isə o deməkdi ki, 11 cütdə komandalar 3 dəfə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, mövsümün arxada qalan hissəsində yalnız bir komanda eyni rəqibi 3 dəfə məğlub edib.

 

Bu da Ağdamın “Qarabağ” klubudu. Son çempion cari mövsümdə AZAL-a qənim kəsilib. V turda 3:0, XIII turda 2:1 hesablı qələbələrə sevinən Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının XXI turunda da “təyyarəçilər”dən güclü oldu – 1:0.

 

Bununla, “Qarabağ” AZAL-dan aldığı xalların sayını 9-a çatdırdı. Ağdamlılar son dövrədə də rəqibini yensə, mövsümün “abunə”sini gerçəkləşdirəcək.