"Qəbələ" TV komandanın 2015-ci ildə vurduğu ən yaxşı qolu seçmək üçün sorğu keçirib. Apasport.az saytının məlumatına görə, klubun rəsmi facebook səhifəsində keçirilən sorğuda seçim üçün azarkeşlərə 5 qol təqdim olunub.
Mübarizə Cavid Hüseynovun Tbilisidə, Asif Məmmədovun isə Qəbələdə "Dinamo"ya, Sergey Zenyovun "Çukariçki"yə, Aleksey Antonovun "İnter"ə (Bakı), Luis Hilario Dodonun "Panatinaykos"a vurduğu qollar arasında gedib.
10 gündən artıq davam edən sorğuda böyük üstünlüklə Cavid Hüseynov qalib olub. Futbolçunun Gürcüstan təmsilçisinin qapısından keçirdiyi bu qol ilin qolu adını alıb.
Sorğunun yekun nəticəsini faizlərlə təqdim edirik:
Cavid Hüseynov - 89
Asif Məmmədov - 4
Sergey Zenyov - 3
Luis Hilario Dodo - 3
Aleksey Antonov - 1
(klubun rəsmi feysbuk səhifəsi)
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı