[b]Azarkeşlər şəhidlərimiz üçün bir araya gəldilər[/b] - VİDEO
06.04.2016 - 17:58
[b]Azarkeşlər şəhidlərimiz üçün bir araya gəldilər[/b] - VİDEO

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını layiqincə alarkən şəhidlik zirvəsinə yüksələn igid Azərbaycan oğulları ölkəmizin hər bir bölgəsində anılır. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, bu gün isə futbol klublarımızın azarkeşləri şəhidlərimiz və cəbhəyə dəstək üçün bir araya gəliblər.

 

Metronun Elmlər Akademiyası stansiyası önündə toplaşan futbol klublarımızın azarkeşləri birlik nümayiş etdirib, müxtəlif şüarlarla orduya dəstək olduqlarını göstəriblər. Daha sonra minlərlə insan Şəhidlər Xiyabanına yollanıb.

 

2 saata yaxın davam edən tədbir zamanı çox sayda insan azarkeşlərə qoşulub.
 

0