[b]Azərbaycan - Moldova: Məkan bəlli, zaman bəlli! [/b]
26.10.2015 - 17:01
Yığmamızın Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və görüşün keçiriləcəyi stadion müəyyənləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bununla da, millimizin üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra ikinci dəfə bu arenaya ayaq basacaqlar.
Qeyd edək ki, Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.
0
0