2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib. Apasport.az saytının məlumatına görə, millimiz qrup mərhələsində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq.
Buna Albaniya yığmasının turnirdə iştirak etməkdən imtinası səbəb olub. Futbolçularımızın 3 komandanın yer aldığı qrupdakı digər rəqibi Yaponiya komandasıdı.
Qeyd edək ki, turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmalar mübarizə aparacaq.
Mənbə: affa.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı