[b]Azərbaycan – Almaniya oyununun hakimləri açıqlandı[/b]
06.11.2017 - 14:32
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 9-da baş tutacaq qarşılaşmanı Qazaxıstan təmsilçiləri idarə edəcək.
“Dalğa Arena”da keçiriləcək görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Alibek Aubakirov və Yevgeni Belski yardım edəcək. Bulat Sarıyev isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu saat 18:00-da başlayacaq.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0