AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da "Bakcell Arena"da baş tutacaq oyunu israilli ədalət təmsilçiləri idarə edəcək.
Qarşılaşmanın baş hakimi Alon Yefet olacaq. Görüşdə əlavə köməkçi hakimlər də iştirak edəcək.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
9 sentyabr
21:00. AZƏRBAYCAN - BOLQARISTAN
Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, David Elias Bitton
Dördüncü hakim: Nissan Davidi
Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (hamısı İsrail)
Hakim-inspektor: Krister Fallström (İsveç)
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)
Bakı. “Bakcell Arena” stadionu
Mənbə: affa.az