[b]Azərbaycan – Macarıstan oyununun vaxtı dəqiqləşdi[/b]
01.06.2018 - 12:13
[b]Azərbaycan – Macarıstan oyununun vaxtı dəqiqləşdi[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununun stadionu və vaxtı müəyyənləşib.  Apasport.az saytının məlumatına görə, iyunun 8-də keçiriləcək qarşılaşma "Dalğa Arena"da baş tutacaq.

 

Oyun saat 19:00-da başlayacaq. 

 

Qeyd edək ki, yığmamız bunadək Qazaxıstanla qarşılaşacaq. Səfər matçı iyunun 4-də keçiriləcək.