[b]Azərbaycan – Makedoniya oyunu 5 minlik stadionda[/b]
13.05.2016 - 12:02
[b]Azərbaycan – Makedoniya oyunu 5 minlik stadionda[/b]

Azərbaycan millisinin Makedoniya ilə yoxlama oyununun keçiriləcəyi stadion dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutacaq qarşılaşma Şvadorf şəhərinin eyniadlı klubuna məxsus kiçik stadionda keçiriləcək.

 

Rəsmi adı “Rixard-Gebert-Sportanlage” olan, amma çoxlarının elə klubun adı ilə “Şvadorf” kimi tanıdığı stadion cəmi 5 min tamaşaçı tutumuna malikdi. Əslində, bu klub Avstriya çempionatının aşağı liqasında çıxış etdiyindən stadionun turumu komandanın özü üçün kifayət qədər yetərli sayılır.

 

Qeyd edək ki, mayın 29-da keçiriləcək Azərbaycan – Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0