[b]Azərbaycan – Qazaxıstan: 9-cu görüş öncəsi kim üstündü?[/b]
11.01.2016 - 11:03
[b]Azərbaycan – Qazaxıstan: 9-cu görüş öncəsi kim üstündü?[/b]

Martın 26-da Antalyada keçiriləcək yoxlama oyununda Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisi tarixində 9-cu dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarda rəqiblər hərəyə 2 dəfə qalib gəlməyi bacarıb. Digər 4 matçda isə bərabərlik qeydə alınıb. Azərbaycan və Qazaxıstan yığmaları bu görüşlərdə eyni sayda – 12 qol vurub.

 

Əvvəlki 8 oyundan ikisi AVRO-2008-in, ikisi AVRO-2012-nin seçmə oyunları çərçivəsində baş tutub. Bu matçlarda da tarazlıq hökm sürür. Şahin Diniyevin rəhbərliyi altında çıxış etdiyi ilk tsikldə yığmamız hər iki görüşdən 1:1 hesabı ilə ayrılıb. Berti Foqtsla 5 il əvvəl baş tutan duellərdə isə hər komanda öz meydanında 1 top fərqi ilə qalib gəlib. Bu üzdən həm qələbə, həm top sayında bərabərlikdi.

 

Digər 4 qarşılaşmadan ikisi müxtəlif turnirlər çərçivəsində olub. 1993-cü ilə təsadüf edən ilk matç İranda təşkil olunan beynəlxalq turnirdə keçirilmişdi. Yarışa U-21 komandası ilə gələn Qazaxıstanla matç məhsuldar heç-heçə ilə nəticələnmişdi. 2007-ci ildə isə bu ölkədə keçirilən turnirdə meydan sahibləri minimal hesabla qalib gəlmişdi.

 

Yoxlama xarakterli ilk görüş isə 12 il əvvəl keçirilib. Millimiz səfərdə 3:2 hesabı ilə qalib gəlib. 8 il əvvəl isə indiki kimi Antalyada iki ölkənin əsas yığmaları qarşılaşıb. Qyoko Hacıyevskinin yetirmələri həmin vaxt qolsuz heç-heçə ilə kifayətlənmişdi.

 

8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) - 3:3

28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan - 2:3
6 sentyabr 2006. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 1:1
9 mart 2007. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan - 1:0

6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan - 1:1
3 fevral 2008. Antalya. YO. Azərbaycan – Qazaxıstan - 0:0
3 iyun 2011. Astana. AÇ. Qazaxıstan – Azərbaycan - 2:1

6 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 3:2