[b]Azərbaycan çempionu ilk xal arzusunda[/b]
30.10.2017 - 16:33
[b]Azərbaycan çempionu ilk xal arzusunda[/b]

Sabah Gənclər Liqasında IV turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, U-19 Liqasında Azərbaycan çempionu olan “Qarabağ” II dövrədə ilk oyununa çıxacaq.

 

Ağdam təmsilçisi Madriddə “Atletiko” ilə qarşılaşacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda uğursuzluq zolağından çıxmağa çalışacaq.

 

Belə ki, “Qarabağ” keçirdiyi bütün matçlarda böyük hesabla uduzub. İlk xal üçün mübarizə aparacaq əyalət klubu məğlub olsa, növbəti mərhələ şanslarını rəsmən itirəcək.

 

Qeyd edək ki, qarşılaşma Madrid ətrafında yerləşən Majadahondadakı Siudad Deportiva Serro Del Espinoda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Gənclər Liqası
C qrupu, IV tur

31 oktyabr
18:00. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Stefan Klossner

Baş hakimin köməkçiləri: Remi Zqraqqen, Efe Kurnazca (hamısı İsveçrə)

Dördüncü hakim: Valentin Qomes (İspaniya)

UEFA nümayəndəsi: Neyl Morro (Şinali İrlandiya)

Hakim-inspektor: Manuel Dias Veqa (İspaniya)

Majadahonda. Siudad Deportiva Serro Del Espino

 

 

1

Çelsi

3

2

0

1

8-3

6

2

Roma

3

2

0

1

6-2

6

3

Atletiko

3

2

0

1

8-5

6

4

Qarabağ

3

0

0

3

1-13

0