Bolqarıstan mətbuatı Azərbaycan klublarının qış transfer planlarından narahatdı. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız təmsilçilərimizin Bolqarıstan çempionu “Ludoqorets”i parçalamaq arzusuna düşdüyünü iddia edir.
Belə ki, onlar son illər təkcə ölkəsində deyil, həm də Avropada özündən söz etdirən klubun futbolçularına böyük marağın olmasını önə çəkir. Azərbaycan, Ukrayna və Moldova təmsilçilərinin “Lüdoqorets”in ulduzlarını ələ keçirmək üçün ilk addımlarını atmağa başlayıb. Bu klublar Bolqarıstan çempionlarını sıralarına qatmaq əzmindədi.
Ən böyük maraq isə braziliyalı müdafiəçi Junior Kaysaradı. Ona təklif göndərən komandaların adları açıqlanmasa da, adıçəkilən ölkə təmsilçilərinin danışıqlara başladığı iddia edilir. Bolqarıstan çempionunun rəhbərliyi isə 25 yaşlı legioneri saxlamağa çalışsa da, bunun mümkünsüzlüyü ilə barışmaq üzrədi. Elə bunun nəticəsidi ki, onun mövqeyinə yeni oyunçu axtarılır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı