[b]Azərbaycan klubu erməni futbolçuya təklif göndərib?[/b]
07.12.2015 - 09:57
[b]Azərbaycan klubu erməni futbolçuya təklif göndərib?[/b]

Donetsk “Olimpik”i ilə yolları ayrılan erməni hücumçu Qeqam Kadimyan karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə Ukrayna mətbuatına futbolçunun agenti Vadim Şabli məlumat verib.

 

O, prosport-ru.tsn.ua saytına bildirib ki, müştərisi Avropanın bir neçə ölkəsindən, həmçinin Azərbaycan və Qazaxıstandan təklif alıb. Seçim qarşısında qaldıqlarını deyən Şabli müştərisinin karyerasını Ukraynada davam etdirmək variantının olduğunu da qeyd edib.

 

23 yaşlı hücumçu Ukrayna vətəndaşlığını daşıyır.

 

Qeyd edək ki, futbolun sirlərini Ermənistanın “Pünik” klubunda öyrənməyə başlayan Kadimyan 2006-cı ildə Xarkov “Arsenal”ına keçib. 2014-cü ildən “Olimpik”in formasını geyinən hücumçu Ukrayna çempionatında 17 oyunda 3 qola imza atıb.