[b]Azərbaycan klubunda 11-ci ayrılıq[/b]
31.05.2016 - 12:47
[b]Azərbaycan klubunda 11-ci ayrılıq[/b]

Mövsüm başa çatan kimi, heyətində “təmizləmə işləri” aparan “Sumqayıt” daha bir futbolçusu ilə sağollaşıb. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Murad Ağayevlə yollarını ayırıb.

 

“Kimyaçılar”la müqavilə müddəti başa çatan gənc yarımmüdafiəçi ilə danışıqlar müsbət nəticələnməyib və o, azad agent kimi komandanı tərk edib. Hazırda 23 yaşlı futbolçunun keçidində ən çox maraqlı olan klub “Zirə”di.

 

Ağayev yay fasiləsində “Sumqayıt”ı tərk edən 11-ci oyunçu olub. Ona qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Tofiq Mikayılov, Emin Mehdiyev, Uğur Pamuk, Cəmil Hacıyev, Tural Abbaszadə və Aleksandr Çertoqanovla yollar ayrılmışdı.

 

0