[b]Azərbaycan kuboku: Bombardirlərin siyahısı dəyişdi[/b]
05.03.2015 - 09:58
[b]Azərbaycan kuboku: Bombardirlərin siyahısı dəyişdi[/b]

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyunlarından sonra cədvəldəki üçhakimiyyətliliyə son qoyulub.

 

Belə ki, 1/8 final mərhələsindən sonra hərəyə 2 qol vuran 3 oyunçu – Röyal Nəcəfov (MOİK), Bəxtiyar Soltanov (“Qəbələ”) və Draqan Çeran (“Simurq”) lider idisə, artıq sonuncu şəriklərindən uzaqlaşıb. “Qəbələ” ilə səfər matçında (3:0) dubla imza atan serbiyalı 4 qolla kubokun vahid bombardirdi.

 

Onun ən yaxın izləyicilərinin hesabında isə 2 qol var. Lakin artıq belələrinin də sayı artıb. Məsələ ondadı ki, Soltanovla Nəcəfova daha iki oyunçu qoşulub. Bunlar “Qarabağ”ın üzvləri Reynaldo və Vüqar Nadirovdu. Braziliyalı dublla, millimizin üzvü isə ardıcıl ikinci oyunda qol vurması sayəsində 2-yə çatıb.