[b]Azərbaycan kubokunda iki cəzalı[/b]
31.03.2017 - 10:46
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “İnter” – “Qəbələ” qarşılaşmasında (1:3) xəbərdarlıq alan oyunçulardan ikisi cavab matçını buraxacaq.
Bunlar Tərlan Quliyev və Rafael Santosdu. “Kəpəz”lə 1/4 finalın ilk matçında da cəzalanan Tərlan “İnter”ə səfər oyununda kömək edə bilməyəcək.
Braziliyalı müdafiəçi isə ilk “sarı”sını “Zaqatala” ilə 1/8 final matçında almışdı. Onun komandası böyük ehtimalla mərhələ keçəcəyindən arxa xətt oyunçusu finalı gözləyə bilər.
0
0