[b]Azərbaycan kubokunun finalı və “Qarabağ”la “Tvente”[/b]
14.08.2014 - 13:44
[b]Azərbaycan kubokunun finalı və “Qarabağ”la “Tvente”[/b]

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın ilk oyununu idarə edəcək Manuel Qrafe ikinci dəfə Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, avqustun 21-də Ağdam təmsilçisinin Hollandiya “Tvente”si ilə görüşünün baş hakimi olacaq almaniyalı 6 il əvvəl də ölkəmizə gəlib.

 

2007/08 mövsümünün Azərbaycan kubokunun finalını idarə etmək üçün əcnəbi hakim axtaran AFFA məhz Qrafeni dəvət etmişdi. Onun idarə etdiyi “Xəzər Lənkəran” – “İnter” görüşündə isə cənublular qalib gəlmişdi – 2:0. Həmin oyunun taleyini əlavə vaxtda Juninyo həll etmişdi. Cənubluların braziliyalı legioneri 18 min tamaşaçının gözü qarşısında dubl müəllifi olmuşdu.

 

41 yaşlı almaniyalı zəngin karyerası ilə seçilir. 1973-cü ildə Berlində anadan olan Qrafe 2001-ci ildə 2-ci dəstə, 2004-cü ildə Bundesliqada debüt edib. 2007-ci ildə FİFA dərəcəsi alan almaniyalı bunadək də beynəlxalq təcrübə toplamışdı. Qrafe Cənubi Koreyanın çempionatında bir neçə matça təyinat almışdı.

 

2010-cu ilin yayından UEFA-nın hakimlər üçün Elit kateqoriyasına daxil olan referi indiyədək Azərbaycan klublarının beynəlxalq matçına təyinat almayıb.