[b]Azərbaycan Kubokunun finalına nə qədər bilet ayrıldı?[/b]
19.05.2016 - 16:14
[b]Azərbaycan Kubokunun finalına nə qədər bilet ayrıldı?[/b]

Azərbaycan Kubokunun final oyunu üçün biletlər satışa çıxarılmaq üzrədi. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) tərəfindən 23 min bilet çap edilib.

 

Lakin satış işləri ilə PFL yox, həlledici qarşılaşmanın iştirakçıları olan “Qarabağ” və “Neftçi” məşğul olacaqlar. Belə ki, PFL satmaları üçün hər kluba 11 min 500 bilet verib. Stadionun sektorları da komandalar arasında bərabər bölünüb. 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq.

 

Biletlərin qiymətləri sektorlardan asılı olaraq, 1, 3, 5 və 30 manat olacaq.

 

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasında mayın 25-də baş tutacaq Azərbaycan Kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

0