[b]Azərbaycan millisi reytinq siyahısında irəlilədi[/b]
12.10.2015 - 16:30
[b]Azərbaycan millisi reytinq siyahısında irəlilədi[/b]

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda yer alan Azərbaycan millisi yenidən “30-luğ”a qayıdıb.

 

Bu, yığmamızın Avropa çempionatındakı çıxışına əsasən reallaşıb. Komandamız 14-cü olmaqla, aktivinə 2 xal əlavə edib. Nəticədə dünya çempionatında da 15-ci yeri tutduqdan sonra 33 xal qazanan yığmamızın reytinqi 35-ə çatıb.

 

Hazırda 30-cu (+1) yerə yüksələn Faiq Qarayevin komandası ən yaxın izləyiciləri Meksika və Çexiyadan 3 xal geri qalırsa, Misiri 1 xal qabaqlayır.

 

Siyahıya isə yenə ABŞ başçılıq edir. Onlar 310 reytinq xalı ilə Braziliyanı (302) arxada qoyaraq, ikinci pilləyə qalxan Çindən 40 xal irəlidədi.