[b]Azərbaycan və Hollandiya yığmaları eyni səbətə düşdü[/b]
22.10.2015 - 10:08
[b]Azərbaycan və Hollandiya yığmaları eyni səbətə düşdü[/b]

19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi noyabrın 13-də keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da mübarizəni davam etdirdiyi yarışın püşkü İsveçrənin Nyon şəhərində atılacaq.

 

Artıq bu mərhələnin 24 iştirakçısı səbətlərə də bölünüb. Mübarizəyə birbaşa qatılan İngiltərə və İspaniya, həmçinin ilkin mərhələnin 22 qalibi püşk zamanı 4 səbətdə yer alacaq.

 

Azərbaycan yığması B səbətində qərarlaşıb. Yığmamız İsveç, Rusiya, Danimarka, Şotlandiya və Hollandiya ilə eyni “altılığ”a daxil edilib. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə komandalar 6 qrupa bölünəcək.

 

A səbəti: İspaniya, İngiltərə, İsveçrə, Fransa, Almaniya, Finlandiya

B səbəti: İsveç, Rusiya, Danimarka, AZƏRBAYCAN, Şotlandiya, Hollandiya

C səbəti: İtaliya, Norveç, Portuqaliya, Belarus, İrlandiya, Avstriya

D səbəti: Belçika, Polşa, Macarıstan, Çexiya, Yunanıstan, Şimali İrlandiya

 

Qeyd edək ki, elit-raundun oyunları 2016-cı il aprelin 5-də, 7-də və 10-da baş tutacaq.