[b]Azərbaycan yığması: 194 futbolçu, 35 legioner[/b] - FOTO
21.08.2014 - 10:54
[b]Azərbaycan yığması: 194 futbolçu, 35 legioner[/b] - FOTO

Azərbaycan yığmasında oynayan futbolçuların sayı 194-ə çatıb. Apasport.az saytının məlumatına görə, buna Özbəkistanla Bakıda keçirilən yoldaşlıq matçında daha bir debütantın meydana çıxması səbəb olub.

 

“Bakcell Arena”da baş tutan və 0:0 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada Emin Nuri ilk dəfə yığmamızın formasını geyib. Bu oyunadək 205 matçda 193 futbolçunun şərəfini qoruduğu komandamızın 194-cüsü Emindi.

 

29 yaşlı Bolqarıstan türkü 2014-cü ildə millidə debüt edən 7-ci oyunçu kimi tarixə düşüb. Belə ki, Filippinlə matçda (1:0)i Tuğrul Erat, Elvin Yunuszadə və İlkin Qırtımov, ABŞ-la görüşdə (0:2) isə Abdulla Abatsiyevlə Dmitri Nazarov bu siyahıya düşmüşdü. Nuri milliləşən legioner olduğundan belə futbolçularımızın yığmadakı sayı 35-ə çatıb.