[b]Azərbaycan yığması C səbətində[/b]
28.10.2017 - 12:15
[b]Azərbaycan yığması C səbətində[/b]

17 yaşadək futbolçular arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkatmasının tarixi və səbətlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, tədbir dekabrın 6-da baş tutacaq.

 

İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

 

Seçmə mərhələdə 52 yığma 13 qrupa bölünəcək. Bu komandalar reytinqinə görə indidən 4 səbətə ayrılıb. Azərbaycan U-17 yığması gücünə görə 3-cü olan C səbətində qərarlaşıb.

 

A: İspaniya, Hollandiya, Portuqaliya, Fransa, Şotlandiya, İtaliya, Rusiya, Belçika, Avstriya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Çexiya

 

B: Polşa, Xorvatiya, İsveç, Ukrayna, Yunanıstan, İsveçrə, İsrail, Slovenyia, Slovakiya, Macarıstan, Norveç, Uels, Danimarka

 

C: İslandiya, Gürcüstan, Azərbaycan, Belarus, Rumaniya, Kipr, Finlandiya, Bolqarıstan, Latviya, Farer adaları, Şimali İrlandiya, Monteneqro, Ermənistan

 

D: Albaniya, Makedoniya, Estoniya, Malta, Litva, Moldova, Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, San Marino, Cəbəllütariq, Andorra, Kosovo

 

Bu mərhələ 2018-ci il noyabrın 20-dək başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda, həmçinin üçüncü yer sahiblərindən daha yüksək nəticəyə malik 4 yığma elit-raunda vəsiqə əldə edəcək. İngiltərə və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq.

 

Qeyd edək ki, yarışın final mərhələsi İrlandiyada baş tutacaq.