[b]Azərbaycan yığması üçün 5 tanış, 1 yeni rəqib[/b]
03.12.2015 - 17:56
[b]Azərbaycan yığması üçün 5 tanış, 1 yeni rəqib[/b]

17 və 19 yaşadək futbolçular arasında Avropa çempionatlarının 2016/17 mövsümünün bu gün keçirilən püşkatma mərasimləri Azərbaycan yığmalarını 5 tanış və 1 yeni rəqiblə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, komandalarımız gələn ilin payızında qarşılaşacağı yığmalardan yalnız biri ilə əvvəl görüşməyib.

 

Rumıniyada mübarizə aparacaq U-17 qarşılaşacağı İngiltərə, Avstriya və meydan sahiblərinin hərəsi ilə 2 dəfə üz-üzə gəlib. Baş tutan 6 matçdan 5-də uduzan yığmamız yalnız 1 dəfə xal ala bilib. Bu da Avstriya ilə 17 il əvvəlki duelə təsadüf edib.

 

25.03.2007. İngiltərə - 0:1

28.10.2009. İngiltərə - 0:4

24.10.1998. Avstriya - 1:1

19.09.2004. Avstriya - 2:3

20.10.1995. Rumıniya - 0:1

08.03.1997. Rumıniya - 1:3

 

Litvada yarışacaq U-19 isə meydan sahibləri ilə ilk dəfə münasibətlərini aydınlaşdıracaq. Əvəzində komandamız Bosniya və Herseqovina ilə 4-cü dəfə üz-üzə gələcək. Millimiz üçün bu rəqib münasib sayılır. Bir neçə ay əvvəl də məğlub etdiyimiz balkanlılara 3 qarşılaşmada cəmi 1 xal vermişik. Digər rəqibimiz Avstriya ilə 2 matçda komandalar hərəyə 1 qələbə qazanıb.

 

03.10.2000. Bosniya və Herseqovina - 2:1

12.10.2013. Bosniya və Herseqovina - 0:0

15.11.2015. Bosniya və Herseqovina - 1:0

02.10.1996. Avstriya - 1:0

05.10.2000. Avstriya - 0:2