“Azərbaycanla yoxlama görüşü keçirmək müsbət haldı”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın veteran futbolçusu Yusup Şadiyev deyib.
Yerli mətbuata açıqlama verən Şadiyev Qazaxıstan yığmasının iyunun 5-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirməsinə münasibət bildirib.
O, yığmamızı Gürcüstana bənzədib: “Azərbaycanla təxminən eyni səviyyəli komandayıq. Azərbaycan yaxşı sınaqçı rəqibdi. Onlar oyun fəlsəfəsi baxımından Qazaxıstanın Millətlər Liqasındakı rəqiblərindən olan Gürcüstana bənzəyir. Latviyanın oyun üslubuna oxşar komandalardan biri ilə qarşılaşmaq da əla olardı. Məsələn, Estoniya, Litva, İsveç və ya Finlandiya ola bilər”.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan qarşılaşması iyunun 5-də “Astana Arena”da keçiriləcək.