[b]Azərbaycan yığmasının futbolçusu La Liqa klubunda![/b]
13.07.2015 - 11:05
[b]Azərbaycan yığmasının futbolçusu La Liqa klubunda![/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını yenidən İspaniya La Liqasında davam etdirəcək. Apasport.az-ın “Eybar” klubunun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu gələn mövsüm bu komandanın formasını geyinəcək.

 

Müqavilə ilə “Mursiya” klubuna məxsus olan İsrafilov ötən mövsüm olduğu kimi, yenə icarə əsasında oynayacaq. Belə ki, o, 2014/15 mövsümündə La Liqanın digər təmsilçisi “Qranada”da çıxış etmişdi. Orda qalmayan millimizin üzvü “Eybar”la anlaşıb.

 

Klublar arasında razılığa görə, Eddi 2015/16 mövsümünü “Eybar”da keçirəcək. Sabah futbolçu yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan yığmasında 1 oyun keçirib. O, Avro-2016-nın seçmə mərhələsində Malta (2:0) ilə ev oyununda meydançaya çıxmışdı.