Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komanda 8 qrupa bölünüb.
Bu qruplarda ilk yeri tutan yığmalar Azərbaycanda oynamaq hüququ qazanacaq. İkinci yer sahiblərindən isə ən pis göstəriciyə malik olanı kənarda qalacaq, digərləri final mərhələsinə gələcək.
Bu raundun qarşılaşmaları 2016-cı il aprelin 3-də, 5-də və 8-də keçiriləcək. 15 vəsiqənin sahibi isə gələn il mayın 5-21-də Azərbaycanda keçiriləcək yarışda qüvvəsini sınayacaq. Final mərhələsinə ev sahibi kimi qatılan yığmamız həlledici raundda rəqiblərinə qoşulacaq.
1-ci qrup: Çexiya, Danimarka, İsveçrə, Şotlandiya
2-ci qrup: İngiltərə, Ukrayna, Türkiyə, Finlandiya
3-cü qrup: Rusiya, Bosniya və Herseqovina, İtaliya, Gürcüstan
4-cü qrup: Almaniya, Hollandiya, Slovakiya, Bolqarıstan
5-ci qrup: Portuqaliya, Xorvatiya, İsveç, Uels
6-cı qrup: Fransa, Avstriya, Yunanıstan, İslandiya
7-ci qrup: İrlandiya, Polşa, Serbiya, Monteneqro
8-ci qrup: İspaniya, Belçika, İsrail, Sloveniya
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı