[b]Azərbaycanda ən yaxşı klub hansıdı?[/b]
30.12.2014 - 13:00
[b]Azərbaycanda ən yaxşı klub hansıdı?[/b]

2014/15 mövsümünün ilk yarısında Azərbaycanın ən güclü klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2 komandasının - əsas və əvəzedicilərin topladığı xallara əsasən, “İnter” hamıdan öndədi.

 

Həm Topaz Premyer Liqası, həm də əvəzedicilərin yarışında 2-ci olan “bankirlər” ümumilikdə 59 xal toplayıb. İki yarışın liderləri isə ümumi cədvəldə “üçlük”də yer alıb.

 

Premyer Liqada 1-ci olan “Qarabağ” əvəzedicilərinin zəif çıxış üzündən paytaxt təmsilçisindən geri qalır. Əvəzediciləri lider olan “Xəzər Lənkəran” isə əsas komandası üzündən yalnız 3-cüdü.

 

Ölkənin ən titullu klubu “Neftçi”nin yalnız 6-cı olması da diqqət çəkir. Bu da ehtiyat qüvvənin - əvəzedicilərin uğursuz nəticələri ilə bağlıdı. “Bakı” ilə “Sumqayıt” isə son sıraları “özəlləşdirib”.

 

yer

klub

oyun

xal

1

İnter

32

59

2

Qarabağ

32

56

3

Xəzər Lənkəran

32

52

4

Simurq

32

50

5

Qəbələ

32

49

6

Neftçi

30

42

7

AZAL

30

35

8

Sumqayıt

32

25

9

Bakı

32

23