“2015-ci ildə FİFA dərəcəli hakimlərimizin sayı 4 ola bilər. Çünki FİFA-ya 4 hakimin adını göndərmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın günlərdə ali futbol qurumundan cavab gələcək. Məmmədov cəzalı olduğu üçün bir ildən çoxdu Premyer Liqaya təyinat almayan Anar Salmanovun adının yenə FİFA-ya göndərildiyini qeyd edib: “Anarla yanaşı, Rəhim Həsənov və Əliyar Ağayevin də adı həmin siyahıda var. Amma 4-cü hakimin adını açıqlaya bilmərəm. Onu yalnız cavablar gəldikdən sonra deyə bilərəm”.
Xaqani Məmmədov israrımıza baxmayaraq, yeni ildən FİFA dərəcəsi alacaq 4-cü hakimin adını çəkməsə də, böyük ehtimalla bu, Orxan Məmmədovdu.
Qeyd edək ki, bu il Azərbaycanı FİFA hakimi qismində 3 referi təmsil edib ki, bunlar da Əliyar Ağayev, Rəhim Həsənov və Anar Salmanovdu.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı