Topaz Premyer Liqasının cari mövsümünün bombardirlər yarışı məhsuldarlığın çox aşağı olması ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, 21 turdan sonra ən çox qol vuran futbolçunun hesabında cəmi 8 top var.
“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeydanı belə aşağı məhsuldarlığa görə qınamağa da dəyməz. Axı yarımmüdafiəçi hücumçuların qol vurmaq bacarığının minimum səviyyədə olması üzündən hamıdan öndədi.
Bu göstərici isə Avropada ən aşağı nəticədi. Araşdırmalar göstərir ki, payız-yaz sistemi ilə keçirilən və hazırda davam etməkdə olan 42 ölkədən heç birinin bombardiri 8-dən az qol vurmayıb. Bu antirekord göstərici isə təkcə Azərbaycanda deyil, Moldovada da qeydə alınıb.
Bu ölkənin çempionatında ən çox qol vuran futbolçu da 8 dəfə rəqib qapısına yol tapıb. Maraqlıdı ki, həmin oyunçu vaxtilə ölkəmizdə çıxış etmiş Daniel Subotiçdi. “Qəbələ”nin sabiq futbolçusu “Şerif”in 16 oyun keçirdiyi yarışda 8 qol vurub. Digər 41 ölkənin yüksək liqalarının bombardirləri isə 10 və daha çox qol sevinci yaşayıb.
Hətta Andorra, Cəbəllütariq, San-Marino çempionatlarında da bombardirin məhsuldarlığı daha yüksəkdi.
Qeyd edək ki, UEFA-ya üzv olan 54 ölkədən 11-də çempionat yaz-payız sistemi ilə keçirilir, Lixtenşteyndə isə ümumiyyətlə belə yarış yoxdu və ölkə klubları İsveçrə liqalarında çıxış edir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”