[b]Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununda[/b]
25.03.2018 - 18:39
[b]Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununda[/b]

Azərbaycanlı FİFA referisi Ömər Paşayev növbəti beynəlxalq oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, baş hakim Türkiyənin matçında əsas söz sahibi olacaq.

 

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda, martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun yekun nəticəsini Paşayev elan edəcək.

 

Ona Namiq Hüseynov və Mübariz Haşımov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.