UEFA 2015/16 mövsümünün ikinci yarısı üçün baş hakimlərin tam siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin ilk yarısında keçiriləcək beynəlxalq oyunlara təyinat alacaq avropalı referilərin kateqoriyalar üzrə də bölgüsü aparılıb.
Ədalət təmsilçiləri elit, I, II və III qruplara bölünüb. Azərbaycanlı hakimlərin adları dəyişmədiyi kimi, mövqeləri də dəyişməz qalıb.
Üç referimiz son iki qrupda qərarlaşıb. Onlardan biri – Əliyar Ağayev əvvəlki kimi I qrupun hakimlərindəndi. Orxan Məmmədovla Rəhim Həsənov isə sonuncuların siyahısındadı.
Qeyd edək ki, Ağayevin I qrupa yüksəlməsi gözlənilən olsa da, bu, ən azı 2016-cı ilin yayına qədər təxirə salınıb.