[b]Bakı “İnter”inin yeni baş məşqçisi bəlli oldu[/b] - FOTO
05.06.2015 - 14:03
[b]Bakı “İnter”inin yeni baş məşqçisi bəlli oldu[/b] - FOTO

“İnter”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu barədə məlumatı apasport.az saytına klubun prezidenti Georgi Nikolov deyib.

 

O bildirib ki, gələn mövsüm “bankirlər”i gürcüstanlı mütəxəssis Zaur Svanadze çalışdıracaq: “Baş məşqçi postunu Svanadzeyə həvalə etdik. Svanadze təkcə Avrokubokda yox, növbəti mövsüm Premyer Liqada da komandaya rəhbərlik edəcək. Onun köməkçilərini və yola hansı futbolçularla davam edəcəyimizi özü müəyyənləşdirməlidi”.

 

Qeyd edək ki, Zaur Svanadze “İnter”də keçmiş baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi vəzifəsində çalışırdı.