[b]Bakı klubu Türkiyə toplanışında “Qalatasaray”la oynayacaq[/b]
30.12.2014 - 14:07
[b]Bakı klubu Türkiyə toplanışında “Qalatasaray”la oynayacaq[/b]

Bakının “Azəryol” voleybol klubunun ardınca “Lokomotiv”in də Türkiyədə hazırlıq keçəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Super Liqada yaranmış fasilədən səmərəli istifadə etməyi planlaşdıran “dəmiryolçular” təlim-məşq toplanışı üçün yanvarın 4-də qonşu ölkəyə yollanacaqlar.

 

Çempionatın sürpriz komandası toplanış çərçivəsində Türkiyə nəhənglərindən “Fənərbahça” , “Beşiktaş” və “Qalatasaray”la yoxlama matçı da keçirəcək. Bakı təmsilçisi ilk oyununa yanvarın 5-də çıxacaq. Onlar həmin gün “sarı-lacivərdlilər”lə güclərini sınayacaq. Bir gün sonra “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək “Lokomotiv” yanvarın 7-də “sarı-qırmızılar”la üz-üzə gələcək.

 

Komanda yanvarın 8-də toplanışı başa vuraraq, vətənə dönəcək.