[b]Bakı Olimpiya Stadionunda qeyri-adi hesab[/b]
15.09.2016 - 18:26
[b]Bakı Olimpiya Stadionunda qeyri-adi hesab[/b]

Bu gün Bakıda 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin çıxış etdiyi qrupun ilk matçında İspaniya və Latviya üz-üzə gəlib.

 

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan qarşılaşma qeyri-adi hesabla yekunlaşıb. İspanlar rəqiblərini 18:0 hesabı ilə məğlub ediblər.

 

Qeyd edək ki, günün ikinci matçında isə millimiz Ukrayna ilə görüşəcək. Bu matç 19:00-da başlayacaq.