[b]Bakıda doğulan 2 qat olimpiya çempionu Azərbaycana qayıtmamağının səbəbini açıqladı[/b]
20.04.2016 - 10:52
[b]Bakıda doğulan 2 qat olimpiya çempionu Azərbaycana qayıtmamağının səbəbini açıqladı[/b]

“Yelena Azərbaycan millisinə yollanan vaxt sablya üzrə Rusiya çempionu idi. Dünya çempionatı ərəfəsi idi, həmin mundialda qadın sablyası ilk dəfə proqrama daxil edilmişdi. Rusiya Qılıncoynatma Federasiyası Jemayevanı yarışa göndərmək istəsə də, sonradan fikrindən daşındı”. Apasport.az saytının məlumatına görə, bunu qılıncoynatma üzrə Rusiya millisinin baş məşqçisi İlqar Məmmədov deyib.

 

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğlu olan ikiqat Olimpiya çempionu həyət yoldaşı Yelena Jemayevanın millimizin, özünün isə Rusiya yığmasını seçməsinin səbəblərini açıqlayıb. Həmyerlimizin sözlərinə görə, ölkəmizə uğurlar qazandırmış Jemayevaya doğma vətənində inanmadıqları üçün vətəndaşlığını dəyişib: “Səbəb pulun yoxluğu ilə izah olunurdu. Yəqin ki, yeni növün Olimpiya proqramına düşəcəyinə və Yelenanın doğma ölkəyə lazım olacağına inanmırdılar. Heç kim onu perspektivli idmançı saymırdı və ona məşq keçmək istəmirdi. Onda mən Bakıya – atama zəng edib, vəziyyəti başa saldım. O da Rusiya Federasiyası ilə əlaqə saxlayıb, Jemayevaya Azərbaycanın bayrağı altında çıxış etməsi üçün xahiş etdi. Moskva icazə verəndən sonra isə Lena əcnəbi oldu”.

 

Bakıda doğulan, öncə boksla məşğul olan və sonra atasının məsləhəti ilə qılıncoynatma idman növünü seçən Məmmədov Azərbaycana qayıtmamağının səbəbini isə belə izah edib: “Mən Bakıda anadan olsam da, bütün həyatımboyu MOİK-də çıxış etmişəm. Nəticədə ehtiyatda olan polkovnik-leytenant rütbəsinə qədər qalxmışam. SSRİ dağılandan sonra zabit kimi avtomatik olaraq, Rusiya vətəndaşlığı aldım və gələcək karyeramı bu ölkənin yığması ilə bağladım”. 

0