[b]Bakıda qol vuran iki futbolçu “11-lik”də[/b]
25.11.2017 - 11:04
[b]Bakıda qol vuran iki futbolçu “11-lik”də[/b]

Çempionlar Liqasının qrup mərhələsinin V turunun rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın azarkeşlər arasında keçirdiyi “Fantazi Futbol” oyununda ən çox xal qazandıran 11 futbolçu rəmzi komandaya daxil edilib.

 

Siyahıda “Qarabağ”la Bakıdakı görüşdə “Çelsi”yə 4:0 hesablı qələbə qazandıran oyunçulardan ikisi də yer alıb. 2 qol vurub, 2 penalti qazanan Villian və hesabı açan Azar “11-liy”ə düşüb.

 

Qapıçı: Ter Şteqen (“Barselona”) – 7

Müdafiəçilər: Naço (“Real”) – 12, Lanq (“Bazel”) – 12, Albiol (“Napoli”) – 9

Yarımmüdafiəçilər: Azar (“Çelsi”) – 11, Tolisso (“Bavariya”) – 10, Veratti (PSJ) – 10, Villian (“Çesli”) – 17

Hücumçular: Firmino (“Liverpul”) – 13, Ronaldo (“Real”) – 13, Neymar (PSJ) - 13